Kəmaləddin Heydərovun ailəsində özəl gün-FOTO



23 fevral Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini.Ağsaqqalar şurasının sədri Fəttah Heydərovun 81 yaşı tamam olur.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvan rayonu Güznut kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir.
1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir.
1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olmuşdur. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilmişdir[1]. Milli Məclisin reginal məsələlər komitəsinin sədr müavinidir.
FHN naziri Kəmaləddin Heydərovun atasıdır






Xeber haqda fikrini altdakı Cox sevindim və yaxudda çox pis oldum düyməsinə basaraq bildirə bilərsən

Yorumlar