“ Bu məlumatlar doğru deyil ”-AÇIQLAMA



Fövqəladə Hallar Nazirliyi geniş ixtisarların aparılması ilə bağlı KİV-də yayılan məlumatlar haqda açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatında deyilir: 
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara,  verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir.
Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmamışdır.
Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.

Xeber haqda fikrini altdakı Cox sevindim və yaxudda çox pis oldum düyməsinə basaraq bildirə bilərsən

Yorumlar