Mehriban Əliyevanın 54 yaşı tamam olur-FOTOLAR

Bizi Facebook da izlə https://www.facebook.com/Xeberl/




Əliyeva Mehriban Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.

Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.[4] Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.[5] Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir
Görüntünün olası içeriği: 1 kişi

İlham Əliyevlə 1983 -cü ildə ailə qurmuşdur. 3 övladı və 4 nəvəsi var.2017-ci ildən Azərbaycanın birinci vitse prezidentidir.



Xeber haqda fikrini altdakı Cox sevindim və yaxudda çox pis oldum düyməsinə basaraq bildirə bilərsən


Yorumlar