Bakıda restoranda atışma: Xüsusi təyinatlılar hadisə yerində - ölən və yaralanan VAR



Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.
Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

Xeberi beyendinse beyendim beyenmedinse beyenmedim düyməsinə basaraq fikrini bildirə bilərsən

Yorumlar