Azərbaycan prezidenti İlham ƏliyevBakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Sıra №-si
|
Tədbirin adı
|
Ayrılan vəsait
|
Binəqədi rayonu
| ||
1
|
Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik yeni binanın inşası
|
4 377 000
|
2
|
Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi
|
1 768 000
|
Qaradağ rayonu
| ||
3
|
Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri
|
3 858 000
|
Nərimanov rayonu
| ||
4
|
Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi
|
5 170 000
|
Sabunçu rayonu
| ||
5
|
Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi
|
3 084 000
|
6
|
Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi
|
5 799 000
|
7
|
Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi
|
3 600 000
|
8
|
Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi
|
2 480 000
|
9
|
Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri
|
4 660 000
|
Suraxanı rayonu
| ||
10
|
Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi
|
5 204 000
|
Cəmi
|
40 000 000
|
Xəbər xoşuna gəldisə altdakı bəyəndim bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrini bildir
Yorumlar