Azərbaycanda vəzifəli şəxs həbs edildi son dəqiqə

Qanunsuz dərman satışı ilə məşğul olan MMC rəhbəri həbs edildi


Nəsimi Rayon Məhkəməsində qanunsuz dərman satışı ilə məşğul olan MMC rəhbərinin məhkəməsi başlayıb.
“Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 200-1.2.3 (qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı) maddəsi ilə təqsirli bilinən Saqiyev Akif Fərzulla oğlunun məhkəmə prosesinə hakim Babək Pənahov sədrlik edir. 
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ötən ilin noyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə “Hayal Estetika və Məsləhətçilik” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin ofis və anbar kimi istifadə olunan saxlanc yeri müəyyən edilərək onlara baxış keçirilərkən, bu növ qanun pozuntularını törədən mütəşəkkil dəstənin əməlləri ifşa olunub. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saqiyev Akif Fərzulla oğlunun təsisçisi olduğu və faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Füzuli küçəsi, 49 saylı ünvanda yerləşən “SKS Plaza”nın “Hayal Estetika və Məsləhətçilik” MMC-yə məxsus ofisində mənşəyi məlum olmayan 113 ədəd həb preparatları, “Miotox-100 unit” və “Miotox-50 unit” dərman həblərinin etiketləri, 44 ədəd “Biopolimero 350cp” tamlığı pozulmamış ampulalar, 13.337 manat, 2.355 ABŞ dolları, 127 avro məbləğində nağd pul vəsaiti, həmin MMC-də menecer vəzifəsində işləyən Süleymanova Gülnarə Təhməz qızının idarə etdiyi “Hyundai Accent” markalı, 90 EA 988 dövlət qeydiyyat nişanlı avtomobildə preparatların aşağı temperaturda saxlanması üçün içərisinə xüsusi olaraq buz paketləri qoyulmuş çantadan müvafiq olaraq 1 ədəd 50 mq və 6 ədəd 100 mq olan qutularda “MİATOX Botulium Toxin Tape A” preparatları, eləcə də  avtomobilin salon və yük hissəsindən daha 25 adda 102 sayda dərman preparatları aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla “Hayal Estetika və Məsləhətçilik”  MMC-nin rəhbəri Akif Saqiyevin dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 200-1.2.3 (qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə ittiham  elan olunub, məhkəmənin qərarları ilə A.Saqiyev barəsində həbs- qətimkan tədbiri seçilib.

Digər xəbərlər

"Kiminləsə yatır, adını qoyur süni mayalanma..."



Yorumlar