Abşeronda döyülən əlil öz evinə od vurdu – VİDEO




Abşeronda Qarabağ qazisi Fuad Əkbərov evini yandırıb.
Oxu.Az xəbər verir ki, onun evinə od verməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb. F.Əkbərov deyib ki, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən döyülüb.
Onun sözlərinə görə, icra başçısı onun əlindən evini, aylıq təqaüdünü əlindən almaq istəyir:
“214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm? Başda Baba adlı şəxs olmaqla, polisin gözləri qarşısında məni bu hala saldılar. Bu, ona görə baş verdi ki, razılaşmalısan.
Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə, məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu mənim mənzilimdir, bunu benzin tökərək yandıra bilərəm”.
Bundan sonra Qarabağ əlili benzin tökərək evinə od verib. O bildirib ki, etirazı hər hansı reaksiya doğurmasa, intihar edəcək.
Xəbəri bəyəndinsə altdakı bəyən düyməsinə basaraq fikrini bildir

Yorumlar