SON DƏQİQƏ Mədət Quliyevdən seçkiqabağı İŞİD əməliyyatı: iki vəhhabi öldürüldü - Pərdəarxası

iki vəhhabi öldürüldü

Dövlət Təhlükəsizliyi Xidməti növbəti uğurlu əməliyyat keçirib

FİA.Az-ın yaydığı məlumata görə,
 seçkiqabağı Xaçmazda radikal silahlı qruplaşma məhv edilib. 

Beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik de-şifrə olunub. 

Martın 6-da keçirilən əməliyyatda cinayətkar birliyin üzvlərindən - Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlu qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. 

Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv ediliblər.

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.

FİA.Az-ın verdiyi məlumata görə, Mədət Quliyev DTX rəisi təyin olunduğu gündən etibarən radikal silahlı dəstələrə qarşı amansız, prinsipial mübarizə aparılır. 

Bu da vətəndaşların təhlükəsizlik orqanlarına inamını bərpa edib. Eldar Mahmudovun və bandasının cinayətlərinin ifşası insanlarda bu sistemə etimadı sarsıtmışdı.

Ancaq M.Quliyevin fəaliyyəti yenidən xüsusi xidmət orqanlarına inamı qaytardı. Son dövlərdə müxtəlif silahlı qruplaşmalar məhv edilib, Taliban, İŞİD kimi terrorçu birləşmələrə biət edən dəstələr zərərsizləşdirilib. 

Xaçmaz, Quba, Qusarda son illər vəhabilərin sayı artıb. Rusiya mənbələri yazırlar ki, Suriya və İraqdan qaçmağa başlayan Orta Asiya, Rusiya, o cümlədən Azərbaycandan olan radikal vəhabilər öz ölkələrinə qayıtmağa başlayıblar. 

Təhlükəsizlik üzrə ekspertlər Yaxın Şərqdən qaçaraq Azərbaycana üz tutan, o cümlədən ölkənin özündə fəaliyyət göstərən radikalların şəbəkələşməyə başladıqlarını istisna etmirlər. 

Hesab olunur ki, bu, Suriya və İraqda sıxışdırılan “Qaidə” şəbəkəsinin özünə yeni məkan axtarışının nəticəsidir. 

Ekspertlər paytaxtda artan vəhabilərin “Qafqaz camaatı”nın üzvləri olması ehtimalını da gözardı etmirlər. 

Hüquq mühafizə və təhlükəsizlik orqanlarının paytaxt və ətrafında, bölgələrdə təhlükəsizlik tədbirlərini gücləndirməsi də terror təhlükəsinin ölkəmizə yaxınlaşmasından xəbər verir.

Dövlət Təhlükəsizlik Xidməti yaradıldıqdan sonra ekstremizmə, radikal dini təriqət üzvlərinə qarşı mübarizə gücləndirilib. 

M.Quliyevin rəhbərliyi altında xeyli sayda ekstremist zərərsizləşdirilib, həbs olunub, hətta silahlı müqavimət göstərən vəhhabilərdən öldürülənlər də var. 

Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən sonra yaradılan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu sistemə olan etimadı yenidən qaytardı.

General Mədət Quliyevin gördüyü işlər, mediaya açıq olması, fəaliyyəti, ardıcıl keçirilən uğurlu əməliyyatlar təhlükəsizlik sisteminə olan inamı bərpa etdi.

DTX əməkdaşlarının həm ekstremist radikal cərəyanlara, həm casus şəbəkəsinə qarşı apardığı əməliyyatlar ölkənin təhlükəsizlik sektorunun etibarlı əllərdə olmasına inam yaradıb. 

Son aylarda vəhabilərə, İŞİD-ə bağlı adamlara qarşı keçirilən əməliyyatlar, casus şəbəkələrinin ifşa edilməsi DTX-nin operativ və peşəkar fəaliyyətindən xəbər verir.

Ümumiyyətlə, generalın qurduğu DTX sistemi çox fərqlidir və mətbuatla təmasdadır. M.Quliyev özü də modern insandır. Onun gitarada rok ifası, qaçış marafonlarında iştirakı xüsusi qeyd edilməlidir. 

Bütün bunlarda cəmiyyətdə Eldar Mahmudovun MTN-dən sonra milli təhlükəsizlik sisteminə inamının qayıtmasıdır. 

Onu da deyək ki, MTN işi üzrə məhkəmələrdə Eldar Mahmudov və dəstəsinin zaman-zaman vəhabilərə hansı formada dəstək verdikləri, şərait yaratdıqları, onların əli ilə müxtəlif oyunlardan, hoqqalardan çıxdıqları məlum olmuşdu.

HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 2 BUTONDAN birinə basmaqla BİLDİRƏ bilərsən

Yorumlar