Polis idarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb-AZƏRBAYCANDA


"Report" xəbər verir ki,  25 yaşlı Mirzəli Cavid Ədalət oğlu ilkin məlumata görə, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.
Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.

HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 2 BUTONDAN birinə basmaqla BİLDİRƏ bilərsən


Yorumlar