Müdafiə naziri Zakir Həsənov vəzifəsindən çıxarılır (VİDEO, FOTO)


Müdafiə naziri Zakir Həsənov prezident seçkilərindən sonra vəzifəsindən uzaqlaşdırılacaq.
GunAz.org-a daxil olan məlumata görə, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusundakı idarəçilikdən razi deyil. Xüsusi ilə Prezident İlham Əliyevin Zakir Həsənovun fəaliyyətindən narazı olduğu bildirilir.
Zakir Həsənovun fəaliyyəti ilə bağlı GunAz.org-a daxil olan məlumatlar konfidensial xarakter daşıdığından, həmin informasiyaları açıqlaya bilmirik. Amma prezident seçkilərindən sonra Ali Baş Komandanın orduda ciddi kadr dəyişiklikləri edəcəyi məlumatlarda əksini tapıb.
Qeyd edək ki, prezidentliyə namizədlərin martın 21-də baş tutan teledebatında Qüdrət Həsənquliyev müdafiə naziri postuna mülki şəxsin gətirilməsinin və orduya ictimai nəzarətin vacibliyini vurğulayıb.
Həmin çıxışı təqdim edirik:

Xatırladaq ki, Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilib.
Alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir.
Yeri gəlmişkən qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.
Xeberi beyendinse beyen beyenmedinse beyenmedim düyməsinə basaraq fikrini bildirə bilərsən

Yorumlar