İlham Əliyev Bəylər Əyyubovun doğum gününü belə təbrik etdi-FOTO







    Bu gün Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik İdarəsinin rəisi general-polkovnik Bəylər Eyyubovun doğum günüdür.

    Unikal.org xəbər verir ki, prezident İlham Əliyev də onu unutmayıb. Ölkə başçısı özünün Facebook hesabında Bəylər Eyyubovla atası, mərhum prezident Heydər Əliyevin birgə çəkilmiş fotosunu paylaşıb.

    Fotonun altında yazılan rəylərdə Bəylər Eyyubov sədaqətli insan kimi xarakterizə olunub.

    Qeyd edək ki, Bəylər Eyyubov 2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisidir. ("Ölkə.Az")
     
    Bunuda oxu-

    Son dəqiqə tanınmış cərrah tutuldu-AZƏRBAYCANDA


     

    HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 2 BUTONDAN birinə basmaqla BİLDİRƏ bilərsən

    Yorumlar