YAP başladı, iqtidarın “açılımı”: OMON-çular, siyasilər, islamçılar azadlığa çıxır - Eksklüziv siyahı

OMON-çular, siyasilər, islamçılar azadlığa çıxır


Azərbaycan hakimiyyəti yaxın günlərdə xalqa müjdə verəcək

FİA.Az xəbər verir ki,
 iqtidar ölkədə ciddi “demokratik açılım” elan edəcək. 

Artıq ilk mesajı Milli Məclisin deputatı Siyavuş Novruzov verib. Heydər Əliyevin 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə "Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

S.Novruzov onu da əlavə edib ki, bütün siyasi məhbuslar azad olunsun və beynəlxalq təşkilatların narazılığına son qoyulsun. 

“Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. 

İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. 

Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. 

Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”.

Deputatın bu açıqlaması göstərir ki, “qızıl amnistiya” olarsa, OMON-çular, siyasi məhkumlar, islamçılar azadlığa buraxıla bilər. 

Bu sırada Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, Ziya Bünyadovun qətlinə görə ömürlük həbs həyatı yaşayanlar belə azad oluna bilər. 

Bundan əlavə, Tale Bağırzadə, İlqar Məmmədov, Əli İnsanov və onlarla müxalifətçi. dindar, gənc, jurnalist azadlığa buraxıla bilər. Hələ ki, Novruz bayramı ərəfəsində ölkə prezidenti tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. 

Bildiyiniz kimi, bu, cənab prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Bu sərəncamla bir çox ailələrin sevinəcəyi danılmazdır. 

FİA.Az xəbər verir ki, seçkidən sonra prezident İlham Əliyev müsbət islahatları sürətləndirəcək. 

PA-dan başlamış islahatlar yaxın günlərdə Nazirlər Kabineti və BŞİH-də də elan olunacaq. 

Qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.

Sruktur islahatlarına məhz Prezident Administrasiyasından (PA) başlanılmasının əlbəttə ki, xüsusi səbəbi var. 

Əvvəla, bu, idarəetmənin "ürəyi” hesab olunan Prezident Administrasiyasında struktur və kadr ixtisarları aparmadan digər administrativ qurumlarda islahatların effektli olmayacağına verilmiş mesajdır. 

Çünki Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri bu və digər səbəblərdən PA-da ciddi struktur islahatları aparılmayıb. 

Təsadüfi deyil ki, PA-da hələ də elə şöbə rəhbərləri varmış ki, onlar bütün prezidentlərin dövründə iş başında qalıb. 

PA idarəetmədə elə bir mexanizmdir ki, onun indi 10 il əvvəlkindən fərqli olaraq daha effektli quruma çevrilməsinə ehtiyac var.

Struktur islahatlarının PA-dan başlamasının daha bir incə səbəbi də var. Bu, incə nüans digər dövlət strukturlarında gözlənilən ixtisar və islahatlara "dodaq büzəcək”, "niyə özlərindən başlamadılar” deyə biləcək məmurlara yönəlib. 

Prezident İlham Əliyevin öz administrasiyasında, belə deyək, özünə ən yaxın idarəetmə strukturunda kadr ixtisarları aparması "toxunulmaz məmur yoxdur” sözlərinin daha bir sübutudur.



HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 4 BUTONDAN birinə basmaqla BİLDİRƏ bilərsən


Yorumlar