Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov dünyasını dəyişib.
Komitədən AzVision.az-a verilən məlumata görə, 81 yaşlı A.Ələsgərovun səhhətində ciddi problem olmayıb.
“Abbas Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib. Onun səhhətində ciddi problem yox idi. Hər hansı xəstəlikdən şikayətlənmirdi”, - deyə komitədən bildirilib.
Mərhumun harada dəfn olunacağını hələ məlum deyil.
Qeyd edək ki, 1937-ci ilin dekabrın 13-də Bakıda anadan olan A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.
Yorumlar