Mingəçevirdə zavodda partlayış, xəsarət alanlar var




Mingəçevir şəhərindəki “Azneftmaş” ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.  
Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb. 

HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 4 BUTONDAN birinə basmaqla BİLDİRƏ bilərsən

Yorumlar