Son dəqiqə Bayıldakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA:

Bayıldakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA: "4 ev dağılıb"


Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev dağılıb.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, bunu saytımıza açıqlamasında Səbail rayon icra hakimiyyətinin müavini Abid Əliyev deyib. Onun sözlərinə görə, hazırda əraziyə seysmoloqlar baxış keçirirlər:

"Sürüşmə zonasında 90 ailə əvvəlcədən qeydiyyata alınıb. Onların siyahısı Nazirlər Kabinetinə tədqim olunub. Siyahı təsdiqlənəcəyi halda sakinlərə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək. Sakinlərdən bəzisi qohumlarının evində, bəziləri isə icra hakimiyyəti tərəfindən təyin edilən müvəqqəti sığınacaqlarda məskunlaşıblar. Xəsarət alan olmayıb. Sakinlər gündüzlər əşyalarını götürmək üçün evlərinə gəlir, gecəni isə orada qalmırlar".

Trend xəbər verir ki, sürüşmə bu gün səhər saatlarında baş verib.

Uçan evlər ilk sürüşmə zamanı çat verən evlərdir. 50-yə yaxın evdə hazırda çatlar böyüyüb. Sakinlər sığınacaqlara yerləşdirilib.

Hazırda ərazi polis əməkdaşları tərəfindən nəzarətə alınıb, sürüşmə zonasına sakinlər buraxılmır. Sakinlərin təhlükəsizliyi üçün tədbirlər görülür.




Xəbəri beyendinse Aşağıdakı bəyən düyməsinə beyenmedinse beyenmedim duymesine vas fikrini bildir

Yorumlar