Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı görün kim çıxdı




Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.
Oxu.Az xəbər verir ki, Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.
N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.
19:24
Xəbər verdiyimiz kimi, Rusiyada  An-148 sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada həyatını itirən sərnişinlərin siyahısı dərc edilib.
Oxu.Az-ın məlumatına görə, sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.
N. Qəhrəmanovun Azərbaycan vətəndaşı olduğu ehtimal edilir.

Yorumlar