Ramiz Mirzəyevin ailəsində daha bir faciə- bacısı və yeznəsi faciəvi şəkildə həyatlarını itirdilər

Ramiz Mirzəyevin bacısının və yeznəsinin öldürüldüyü məlum oldu - TƏFƏRRÜAT


Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.
Xeberlerbloj apa-ya istinadən xəbər verir ki, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz Rayon Poliklinikasında həkim işləyirdi.
Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

Bizimlə Əlaqə Xeberler.az facebook səhifəmiz- https://www.facebook.com/Xeberl/


Xeberi beyendinse ela beyenmedinse pis düyməsinə basaraq xeber haqdaki fikrini bildire bilerseN



Yorumlar