Prezident Ramiz Mehdiyevə vəzifə verdi






Prezident İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xeberlerbloj-un AZƏRTAC-a istinadən xəbərinə görə, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər.
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri
Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.
Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında”  2001-ci il 1 oktyabr tarixli 586 nömrəli Fərman ləğv edilib.


HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 4 BUTONDAN birinə basmaqla BİLDİRƏ bilərsən



Yorumlar