Pensiyaların neçə faiz artırıldığı açıqlandı-RƏSMİ



Azərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artırılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib və pensiyalar da buna uyğun 5,7 faiz artırılacaq.

Səlim Müslümov əlavə edib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 000 nəfərinə və ya 94 faizinə şamil olunacaq.

Xeberi beyendinse beyen düyməsinə bas fikrini bildir

Yorumlar