Pensiyalar nə qədər artırıldı? - Nazir açıqladı

Pensiyalar nə qədər artırıldı? - Nazir açıqladı


Bu ilin yanvarın 1-dən yaşa görə orta aylıq pensiya 233 manat 68 qəpikdən 5,7 faiz artaraq 247 manata yüksəlib. Həmin qaydaya uyğun olaraq əlliliyə görə orta aylıq pensiya 175 manatdan 185, ailə başçısını itirməyə görə 164 manatdan 173,3 manata çatdırılıb.

AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, pensiya təminatı barədə ölkə Prezidentinin son Sərəncamından sonra pensiyaların minimum məbləği 208,36 manatdan 220,23 manata yüksəlib.

Nazir bildirib ki, fevral ayının pensiyalarının ödənişi yanvar və fevral aylarındakı artımlarla birgə həyata keçiriləcək. Sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək.



 HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 4 BUTONDAN BİRİNƏ BASMAQLA BİLDİRƏ BİLƏRSƏN




Yorumlar