Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfransı keçirib
Azərbaycan 24 “qafqazinfo”ya istinadən xəbər verir ki, E. Rüstəmov bildirib ki, Maliyyə Komitəsinin bu gün keçirilən toplantısında mühüm qərarlar qəbul olunub. Qərarları elan etməzdən əvvəl 2017-ci ilə nəzər salan baş bankir qeyd edib ki, ölkənin iqtisadi potensialı 3 dəfə artıb:
“Bu illər ərzində ölkədə 100 milyondan çox iş yeri yaradılıb. Ölkədə makroiqtisadi sabitlik tam təmin olunub. Xarici balansımız müsbətdir. ÜDM-nin 5 faiz həcmində profisit gözlənilir. Qeyri-neft ixracı artıb. İdxalımızın səviyyəsi tarazlaşıb. Manatın üzən məzənnəyə keçməsi ilin əvvəlindən 4 faiz möhkəmlənib. Ölkənin valyuta ehtiyatları sürətlə artmaqdadır. Həmçinin Mərkəzi Bankın ehtiyatları 5,4 milyarda gəlib çatıb. İnflyasiyanın səviyyəsi aşağı düşüb. Bu manata olan etibarın artması nəticəsində baş verib. Hüquqi şəxslərin hesablarında dollarlaşma prosesi hələ də qalmaqdadır”.
HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 4 BUTONDAN birinə basmaqla BİLDİRƏ bilərsən
Yorumlar