Müğənni Natavan Həbibidən üzici xəbər



Aylar öncə ayrılan, daha sonra barışan müğənni Natavan Həbibi ilə reper Dado  münasibətlərinə birdəfəlik son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə sənətçinin özü ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinə qonaq olarkən məlumat verib.
İfaçı hələ də anasıgildə qaldığını, problemlərdən uzaq gəzdiyini bildirib:
“Mən indi toy şəkillərinə baxa bilmirəm. Bu məndən asılı deyil. Toya çəkdiyim xərcə görə heyfslənmirəm. Hər şey ürəyim istəyən kimi oldu. Toyumda çox xoşbəxt idim. Elə bilirsiz sevgi stressi yaşayıram. Burada başqa şeylər var, problemləri aşdım. Səid (Dado) özü açıqlama verib. Eşitdim ki, o, İnstagramda canlı yayımda danışıb. Söyləyib ki, mövzu bağlandı, hər şeyi bitirdik. Bu barədə çox danışmaq istəmirəm, ətim töküldü”.


Xeberi beyendinse aşağıdakı beyen beyenmedinse beyenmedim butonuna basaraq fikrini bildire bilersen

Yorumlar