Məmurun qıza yazdığı əxlaqsız mesajlar ifşa olundu: Aparım dağda ... - FOTO

Məmurun qıza yazdığı əxlaqsız mesajlar ifşa olundu: Aparım dağda ... - FOTO

Türkiyənin Diyarbəkir Təhsil İdarəsinin müdiri M.Y. (51) 24 yaşlı gənc qadın işçisi C.K.-nı (24) gizli nömrədən göndərdiyi SMS-lərlə təhdid edib. Müdirin qıza "Səni dağa qaldıracağam. Aparım dağda ..." kimi ifadələrlə əxlaqsız təkliflər etdiyi məlum olub.
Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, təhsil idarəsi rəisi barədə 3 ilə qədər azadlıqdan məhrum edilməsi iddiası ilə proses başlanıb.
MESAJLARI POLİS ORTAYA ÇIXARTDI
C.K. 2016-cı ilin 6 avqust gecəsi polis bölməsinə gedərək gizli nömrədən bir kişinin ona intim xarakterli mesajlar yazdığı barədə məlumat verib. Şübhəlinin tapılması üçün hərəkətə keçən prokurorluq C.K.-ni 2 fərqli nömrədən narahat edən kişinin Diyarbəkir Təhsil İdarəsinin müdiri M.Y. olduğunu üzə çıxarıb.
İfadəsi alınan C.K. əvvəl iş yerində M.Y.-nin ona fiziki olaraq da təcavüz etdiyini, lakin sübut edə bilmədiyi üçün şikayət etmədiyini deyib.
Məmurun qıza yazdığı əxlaqsız mesajlar ifşa olundu: Aparım dağda ... - FOTOMəmurun qıza yazdığı əxlaqsız mesajlar ifşa olundu: Aparım dağda ... - FOTO

Yorumlar