Həyət evində dəhşətli yanğın: 3 uşaq yanaraq öldü

Həyət evində dəhşətli yanğın: 3 uşaq yanaraq öldü


Rusiyanın Sverdlovsk vilayətində fərdi evdə yanğın baş verib.

BiG.AZ unikal.org-a istinadən verdiyi xəbərə görə, hadisə Yekaterinburq şəhərində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 4 və 5 yaşlı oğlan, həmçinin 2 yaşlı qızın yanmış meyiti aşkarlanıb. Məlumata əsasən, xilasedicilər iki nəfərin həyatını xilas edə biliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



HÖRMƏTLİ OXUCU XƏBƏR HAQDA FİKRİNİ AŞAĞIDAKI 4 BUTONDAN birinə basmaqla BİLDİRƏ bilərsən 

Yorumlar