Bir gündə iki itki-Azərbaycanın tanınmış aşığı vəfat etdi FOTO

Evində ölü tapılan xalq artisti ilə bağlı TƏFƏRRÜAT - 3 GÜN ƏVVƏL...


Aşıq İsfəndiyar Rüstəmov vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə APA-ya aşığın nəvəsi Rüstəm Rüstəmov məlumat verib. O, bildirib ki, aşıq İsfəndiyar uzun sürən xəstəlikdən sonra bu gün 81 yaşında dünyasını dəyişib.

Mərhum sabah Gədəbəydə dəfn olunacaq.

Qeyd edək ki, İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunda doğulub.

1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil olub. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.

1975-77-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib. Aşıq İsfəndiyar ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə “Qızıl medal”la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

Yaradıcı aşığın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən əməkdar mədəniyyət işçisi fəxri adı ilə qiymətləndirilib.

Aşıq İsfəndiyar Azərbaycan prezidentinin təqaüdçüsü olub.

Yorumlar