Bakıda 7-ci sinif şagirdlərinin intim görüntüləri ilə bağlı rəsmi açıqlama-FOTO

Bakıda 7-ci sinif şagirdlərinin intim görüntüləri ilə bağlı rəsmi açıqlama

"Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbin şagirdləri intim əlaqədə olması haqda yayılmış məlumatla əlaqıdar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırmaya başlanılıb". 
Bu barədə Sonxeber.az-a açıqlamasında Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

"Yayılmış məlumat təsdiqini taparsa sonradan görüləcək tədbirlər haqqında informasiya veriləcək".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə verilən məlumata görə, hadisə ilə bağlı ərazi polisinə müraciət daxil olmayıb.

Qeyd edək ki, yerli mətbuatda yayılmış məlumata görə, Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbin şagirdləri intim əlaqədə olması ilə bağlı məlumat yayılıb.
Bununla bağlı primetime.az-ın redaksiyasına video daxil olub. Onların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb. Məsələ ilə bağlı 134 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbin işçisi bu barədə məlumatsız olduqlarını bildirib.

Xeberi beyendinse beyen beyenmedinse beyenmedim duymesine bas fikrini bildir

Yorumlar