Beyləqan rayonunda baş verən zəncirvari yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.
BiG.AZ-ın report-a istinadən məlumatına görə, 3 "VAZ-2107" markalı avtomobil və "BMW" markalı avtomobillər toqquşub. Nəticədə 1972-ci il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi 90 FK 510 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb. Avtomobilin sürcüsü E.Abdullayev və onun sərnişini 1978-ci il təvəllüdlü Arif İmrəliyev hadisə yerində ölüb. Hadisə zamanı 1987-ci il təvəllüdlü Kənan Mirzəyevin idarə etdiyi 10 TO 725 dövlət qeydiyyat nömrə nişanlı "BMW" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Elnur Bəndəliyev, digər iki VAZ-2107" markalı avtomobillərin sürücüləri - Nəsimi Allahverdiyev və Cəmil Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstyəxanasına çatdırılıb.

08:21
Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd "VAZ" markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış "VAZ" markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bizimlə Əlaqə Xeberler.az facebook səhifəmiz- https://www.facebook.com/Xeberl/
Yorumlar