82 yaşlı kişinin əkizləri oldu - FOTO

82 yaşlı kişinin əkizləri oldu - FOTO


Rus fermerlə həyat yoldaşından 43 yaş böyükdür
Azərbaycanın şimal qonşusunda 82 yaşlı fermer əkiz uşaq atası olub.
Bu nadir hadisə Vereşaqinski rayonunda (Perm vilayəti) baş verib.
82 yaşlı Nikolay Feodroviç Şatrov Nataşa adlı qadınla 12 il öncə ailə qurub. Cütlüyün arasında 43 yaş fərq var.
Nikolay Şatrovun bu üçüncü evliliyidir. Pensiyada olan fermerin əkizlərlə birlikdə 5 övladı, 6 nəvəsi və 3 nəticəsi var.
Onun sözlərinə görə, illər öncə yaşadığı kənddə baytar həkiminə ehtiyac yaranıb. Bu zaman öz həmkəndlisinin təhsil alan qızı yadına düşüb və onu fermaya dəvət etmək üçün gənc qızın evinə üz tutub. "Mən o zaman Permdə dəmiryolunda, rəis köməkçisi işləyirdim. Yaxşı qazanırdım. Baytarlıqla qazanmaq mümkün deyildi. Əvvəl imtina etmək istədim. Amma sonra Nikolaya baxdım və edə bilmədim", deyə Nataşa bildirib.
Bir neçə aydan sonra isə onlar arasında sevgi münasibəti başlayıb. Əvvəlcə yaşlı kişinin övladları bu münasibətə qarşı çıxsalar da, sonradan Nataşa ilə dostlaşıblar.
İndi isə onların Georgi və Anastasiya adlı 8 aylıq əkizləri var. Əkizlərlə böyük bacı-qardaşları arasındakı yaş fərqi isə 50-yə yaxındır.
82 yaşlı kişinin əkizləri oldu - FOTO82 yaşlı kişinin əkizləri oldu - FOTO82 yaşlı kişinin əkizləri oldu - FOTO82 yaşlı kişinin əkizləri oldu - FOTO

Yorumlar