Bakı şəhər Yasamal rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb
Zərdabi küçəsi 593-cü məhəllədə yerləşən çoxmərtəbəli binanın 22-ci mərtəbəsindən özünü atan 1987-ci il təvəllüdlü Vəliyev Nicat Rafael oğlu hadisə vaxtı binanın qarşısında dayanmış "Tofaş” markalı avtomobilin üstünə düşüb. N.Vəliyev hadisə yerində ölüb, avtomobil də yararsız vəziyyətə düşüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, intihar edən şəxs əvvəllər həbsxana həyatı yaşayıb və narkotik aludəçiliyinə görə bir neçə dəfə müalicə olunub. Onun son vaxtlar depressiv vəziyyətdə olduğu bildirilir.
Yorumlar