Ana içeriğe atla

Mübariz Mənsimov Hz. Əlinin sözlərini paylaşıb, əhaliyə çağırış etdi - FOTOLAR

alt

Son günlər adı müxtəlif qalmaqallarda hallanan, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
GoldNews.Az xəbər verir ki, milyarder üzərində 4-cü xəlifə Hz. Əlinin "sən olmadığın yerdə səni müdafiə edənlər gərçək dostlarındır" sözləri yazılmış foto paylaşıb və bu sözləri yazıb:
"Əziz bacılarım, qardaşlarım. Sizə bir tövsiyyəm var: Səhər evdən çıxanda, "bu gü kimə yaxşılıq edim?" niyətilə yola çıxın, axşam evə qayındanda da "kimə yaxşılıq etdim?" suallarına cavab verin. Əgər bu suallara cavab verə bilsəniz, gününüz xoş keçmişdir, sədəqəniz Allah tərəfindən qəbul edilmişdir, əməliniz yaxşılıqdır, qəbul edilmişdir. Amma ki, bunları haram, oğurladığın pullarla etdinsə, bu, Allah tərəfindən qəbul edilməz, axirətdə hesabını mütləq ödəyəcəksən. Bunu unutma: Yalanın və oğurluğun ömrü qısa olur, gəlin dürüst olaq, yalana baş əyməyək, qorxaqlardan qorxmayaq, daim haqqın yanında dayanaq. Onda bizim bu dünya daha anlamlı, daha gözəl olar, inşallah".

Yorumlar