Əməkdar artist Ehtiram Hüseynov şirvanlıları təhqir edib efirdən çıxdı: "Şirvanlı nə gəzir qarabağlı məclisində?" - Dünya TV-də şok olay

Əməkdar artist Ehtiram Hüseynov şirvanlıları təhqir edib efirdən çıxdı: “Şirvanlı nə gəzir qarabağlı məclisində?” – Dünya TV-də şok olay


Dünya Tv-nin “Gecənin səsi” adlı verilişində qalmaqallı hadisə yaşanıb.
A24.Az xəbər verir ki, Məhəbbət Kazımovu yad etmək üçün yığışan sənət dostları onun itkisindən daha ağır bir olay yaşayıblar. Belə ki, əmkdar artist Ehtiram Hüseynov verilişin aparıcısı  Natiq Dağlaroğluna çəkilişdə iştirak edənlərlə bağlı  suallar yönləndirib. Bundan sonra xoşaəgəlməz durum yaranıb.

Qəribə olayın şahidi Cahangir Ağsulu bu haqda öz facebook səhisfəsində qeyd edib ki,  Ehtiram aparıcıdan soruşdu, Məhəbbət Kazımov haralıdır? Natiq müəllim də “qarabağlı”dır  deyə cavab verdi.
Sonra isə Ehtiram Azərbaycanın sayılıb-seçilən çox hörmətli bir müğənnisini göstərərək, “bəs, bu haralıdır “- söylədi.
Natiq Dağlaroğlu “şirvanlı” qardaşımızdır deməyinə peşman oldu.

Ehtiram onun üstünə çox kobud şəkildə qışqıraraq, “şirvanlı hara, qarabağlı məclisi hara? qarabağlı məclisində qarabağlı oxumalıdır” -, dedi.

Sonra da  Natiq Dağlaroğlunu təhqiranə, əxlaqsızcasına söyüşlərlə söyüb, zalı tərk etdi.

Yorumlar