Avtomobil ağaca çırpıldı: 4 nəfər xəsarət alıb - Ağdamda

Avtomobil ağaca çırpıldı: 4 nəfər xəsarət alıb - Ağdamda

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ-ın apa-ya istinadən xəbərinə görə, rayonun İmamqulubəyli kəndi ərazisində sürücünün idarəetməni itirməsi səbəbindən “VAZ 2106” markalı avtomobil yol kənarındakı meşə zolağında ağaclara çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb, xəsarət alanlar arasında azyaşlılar da var. Faktla bağlı araşdırma aparılır.

Yorumlar